Fransanın PSJ klubunun hücumçusu Lionel Messi zədələnib. Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Argentinalı hücumçunun axill vətərində problem aşkarlanıb. 35 yaşlı forvard bu səbəbdən Liqa 1-in 33-cü turu çərçivəsində baş tutacaq "Anje" ilə matçı buraxacaq. Ulduz oyunçunun durumu barədə növbəti açıqlama 2 gündən sonra veriləcək.
 
Messi ilə yanaşı, Marko Verratti, Presnel Kimpembe, Leandro Parades, Yulian Draksler, Ander Errera, leven Kürzava və Abu Diallo da müxtəlif səbəblərdən qarşıdakı görüşdə iştirak etməyəcəklər.
 
"Anje" - PSJ oyunu aprelin 20-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest