Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
"Bursaspor" 33 turdan sonra 32 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest