Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Hamburq" doğma meydanda "Frayburq"la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb. Beləcə, "Frayburq" ilk finalçı olub.
 
Digər finalçının adına sabah keçiriləcək "Leypsiq" – "Union Berlin" matçında aydınlıq gələcək.
 
Almaniya kuboku
Yarımfinal
19 aprel
 
Hamburq – Frayburq 1:3
Qol: Qlatsel, 88 – Petersen, 11. Hofler, 17. Qrifo, 35-pen.
 
20 aprel
 
22:45. Leypsiq – Union Berlin

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest