Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Liverpul" doğma meydanda "Mançester Yunayted"lə qarşılaşıb.
 
Meydan sahibləri bu oyunda darmadağına seviniblər. "Qırmızı şeytanlar" "Enfild" stadionunda təşkil olunmuş qarşılaşmada 4 cavabsız qola üzülüblər.
 
Bu qələbədən sonra xallarının sayını 76-ya çatdıran "Liverpul" liderliyə yüksəlib. İkinci pilləyə düşən və bir oyun az keçirən "Mançester Siti"nin 74 xalı var. "Mançester Yunayted" isə 54 xalla altıncıdır.
 
İngiltərə Premyer Liqası
30-cu turun oyunu
19 aprel
 
Liverpul – Mançester Yunayted 4:0
Qol: L.Dias, 5. Salah, 22; 85. Mane, 68.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest