Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək. Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində hər iki matç eyni gündə baş tutacaq.
 
"Qəbələ" öz meydanında "Qarabağ"la qarşılaşacaq. Bu komandalar 10 gün ərzində iki dəfə kubok, bir dəfə çempionatda üz-üzə gələcək.
 
İndiyədək 64 dəfə qarşılaşan komandaların duellərinin sayı 67-yə çatacaq. Əvvəlki qarşılaşmalarda 12 dəfə qalib gələn "qırmızı-qaralar" 20 qarşılaşmada heç-heçə edib. Digər 32 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 51 qol vuran "Qəbələ" futbolçuları öz qapısından 97 top buraxıb.
 
ölkə kubokunda komandalar 11 matça çıxıb. 2 qələbə və 5 heç-heçəsi olan "Qəbələ" 4 görüşdə uduzub. 8 qola imza atan komanda 14 top buraxıb.
 
Premyer Liqada keçirilən 53 oyunda 10 qələbəsi olan "Qəbələ" 15 dəfə meydanı sülhlə tərk edibsə, 28 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan "qırmızı-qaralar" 83 top buraxıb.
 
"Qəbələ" 32-ci dəfə "Qarabağ"ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 11 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən "Qəbələ" futbolçuları 39 qola üzülüb.
 
"Qəbələ" – "Qarabağ" oyununa saat 17:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest