Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov FİFA-nın 2018-ci il dünya çempionatı üçün Rusiyaya ödənişləri dayandırması ilə bağlı məsələyə münasibət bildirib. Matc.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov bu hadisəni quldurluq adlandırıb:
 
"FİFA 2018-ci ilin dünya çempionatı üçün ödənişləri dayandırdı? Bu, gündüz vaxtı quldurluq etməkdir!"
 
RFİ hazırda FİFA-dan ümumi məbləğin – 100 milyon dolların yalnız 30 faizini alıb.
 
2018-ci ilin dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilmişdi.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest