"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandanın gələcək mövsüm üçün ehtiyaclarından danışıb. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, yeni baş məşqçinin adının açıqlanması ilə "qırmızı şeytanlar"a qatılacaq yeni adların da bəlli olacağını söyləyib:
 
"Daha əvvəl rəhbərliyə bəzi futbolçu təklifləri etmişdim. Həmin adlarla məşğul olub-olmayacağına klub rəhbərliyi qərar verəcək. Bununla belə, komandada ümumi yenidənqurma lazımdır. 3-4 transfer kifayət etməyəcək. Qapıçıdan başqa, hər mövqeni inkişaf etdirməliyik. Komandaya güc qatacaq yeni futbolçulara ehtiyac var".
 
"Mançester Yunayted" cari mövsümdə Ranqnikin rəhbərliyi altında 23 rəsmi oyunda 10 qələbə, 8 heç-heçə və 5 məğlubiyyət əldə edib. O, cari mövsümün sonunda komandadakı postundan ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest