2022/23 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komanda bəlli olub. Matc.az xəbər verir ki, "Qarabağ"dan sonra "Neftçi" də Avropa arenasına iştirak hüququ qazanıb.
 
Premyer Liqanın XXIV turunda "Səbail" üzərində 1:0 hesablı qələbə qazanan çempion sona 4 tur qalmış minimum 4-cü yeri təmin edib. Hazırda "ağ-qaralar" 4-5-ci yerləri bölüşdürən "Sabah" və "Qəbələ"ni 12 xal qabaqlayır. Samir Abasovun kollektivi adıçəkilən komandaları şəxsi oyunlarda üstələdiyindən, çempionatı ilk "4-lük"də tamamlamağı təmin edib.
 
Lider "Qarabağ"dan 11 xal geri qalan "Neftçi" cüzi də olsa çempionluq şansını qoruyur. Bu üzdən komandanın çempionlar Liqasında, yoxsa Konfrans Liqasında mübarizə aparacağına qarşıdakı turlarda aydınlıq gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest