11 Sentyabr 2022, 21:06
MPL
"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Prmeyer Liqanın 6-cı turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Tez qol vurmağımız bizə yaxşı təsir etmədi. Hazırda komandada müsbət məqamlar çox azdır. Bu vəziyyəti düzəltməyə çalışacağıq. Hamı birlikdə çalışmalıdır və daha yaxşı oynamalıyıq".
Belaruslu baş məşqçi "nə vaxtadək bu posta qalmağı düşünürsünüz" sualına bu cür cavab verib: "Qərarı rəhbərlik verir. İndi nəsə deyə bilmərəm. Yenilik olsa, xəbəriniz olacaq".
Baqa heyətə cəlb edilən legionerlər haqqında danışıb: "Komandaya kim gəlibsə, onlarla işləmək məcburiyyətindəyəm. İşim komandanı hazırlamaqdır. Şayiələr haqqında fikir bildirməyim düzgün deyil. Legionerləri tək baş məşqçi seçmir. Skautlar, rəhbərlik, məşqçilər birlikdə qərar verir. Kim heyətə cəlb olunubsa, mənim fikrim öyrənilib".
Mütəxəssis 5 tur ərzində qol vura bilmədiklərini xatırladıb: "Bunu şansa bağlamaq olmaz. Peşəkar komandayıq. Kompleks səbəblər var. Sadəcə, bəxsizliyə bağlamaq düzgün olmaz. İlk dəfədir ki, belə halla rastlaşıram. Bu durumdan çıxmağa çalışacağıq".