UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Matc.az xəbər verir ki, mərasim bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Təmsilçimizin potensial rəqibləri aşağıdakılardır:
"Riyeka" (Xorvatiya)
"Pafos" (Kipr)
"Jalqiris" (Litva) - "Hamrun Spartans" (Malta)
"KuPS" (Finlandiya) - "Milsami" (Moldova)
TNS - "Şkendiya" (Şimali Makedoniya)
"Levadiya" (Estoniya) - RFS (Latviya)
"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)
"Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)
"Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)
"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya)
"Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)