12 Sentyabr 2022, 13:12
MPL
"Qarabağ" Misli Premyer Liqasının VI turunda "Sabah"a 4:3 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, bununla da Qurban Qurbanovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb
"Qarabağ" Misli Premyer Liqasının VI turunda "Sabah"a 4:3 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, bununla da Qurban Qurbanovun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb.
Ağdam klubu sonuncu dəfə ötən mövsümdə - 2021-ci il oktyabrın 25-də "Səbail"lə səfər qarşılaşmasında uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.
Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan "Qarabağ" ikinci dəfə "25"ə çatıb.
Qurbanovun komandası 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.
9 ildən sonra "Qarabağ" öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də "Qəbələ" ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn Qurbanovun komandası sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı.