"Biz hələ heç nə etməmişik. Öz gücümüzə yaxın komandalarla oyunda xal qazanmaq vacibdir"
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 7-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bu gün həssas gün idi. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə isə "Sabah" iddialı komandalarımızdandır. Oyun planımız bir az pozulsa da, ikinci hissədə oyunçularımız yaxşı mübarizə apardılar. Belə oyunlar bizim üçün vacibdir. Gənc oyunçular belə oyunlarda inkişaf edəcək.
- Ardıcıl qələbələr komandada arxayınlıq yaratmamışdı?
- Xeyr, deməzdim. Futbolçuların məşqlərdə istəyi görünür. Biz hələ heç nə etməmişik. öz gücümüzə yaxın komandalarla oyunda xal qazanmaq vacibdir. Məğlubiyyətlərdən sonra psixoloji durum çətin olur.
- Hakimlikdən narazı idiniz...
- Sanki qərar verməkdə çətinlik çəkirlər. Avropada VAR-dan sonra daha tez qərar verilir. Bizdə yəqin yenidir deyə, belə olur.
- Qapıda ancaq Tərlan Əhmədliyə şans verirsiz. Daha təcrübəli Kamal Bayramovu nə vaxt meydanda görəcəyik?
- Kamala böyük güvənimiz var. Ona da şans verəcəyik.