"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Cəbhə bölgəsində şəhid olan əsgər qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Oyunun çətin keçəcəyini bilirdik. Xallar itirsək də, heyətimizdə Qurban Səfərov, Cəlal Hüseynov, Fuad Bayramov kimi oyunçular yetişir. "Şamaxı" Azərbaycan futboluna gənc futbolçular bəxş edəcək".
 
O, əməliyyat olunan Amil Yunanovun durumuna da toxunub: "Bu gün Bakıya gəlib. Zədəsi ciddidir. Hardasa 2-3 ay bizimlə olmayacaq. Digər futbolçulara da şans veririk ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Heyətimizin əksər oyunçuları millinin düşərgəsində olacaqlar. çalışacağıq ki, yaranacaq fasilədən səmərəli istifadə edək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest