"Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Premyer Liqanın 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib

"Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Premyer Liqanın 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız də var idi. Oyunçular dərk etməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. Bu, "Qarabağ"a qarşı ilk matç idi. Rəqibi təbrik edirəm. Növbəti qarşılaşmada daha güclü olacağıq".
 
Rumıniyalı baş məşqçi görüşü analiz edəcəklərini söyləyib: "Qarabağ" daha çox qol vura bilərdi. Qapımızda gördüyümüz ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".
 
Regekampf Salomon Kvirkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. çempionatdakı fasilədə Mamadu Mboc üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".
 
Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə çalışır. Bütün futbolçularımıza inanırıq. özümüzü kimləsə müqayisə etmək istəmirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest