Premyer Liqanın 8-ci turunun "Sumqayıt" – "Kəpəz" matçının protokolunda məcburi dəyişiklik edilib. Matc.az xəbər verir ki, buna oyundan öncəki məşq zamanı "Kəpəz"in futbolçusu Əfran İsmayılovun zədələnməsi səbəb olub.
 
O, Gəncə təmsilçisinin start heyətində meydana çıxmalı olsa da, isinmə hərəkətləri zamanı zədə aldığı üçün əvəzlənmək məcburiyyətində qalıb. İsmayılovun əvəzinə meydana Tural Rzayev daxil olub.
 
Xatırladaq ki, ilk hissəsi oynanılan bu matçda hələlik hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest