Bu gün Misli Premyer Liqasında 9-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

13 xalla 5-ci pillədə qərarlaşan "Zirə" 2 xalla sonuncu - 10-cu sırada yer alan "Şamaxı"nı qəbul edib. Zirəlilər növbəti xallarını, şamaxılılar isə ilk qələbəsini qazanmağa çalışıb. Yekunda meydan sahibləri tək qolla 3 xala sahib çıxıblar.

9-cu turun "Səbail" - "Sumqayıt", "Neftçi" - "Turan Tovuz" matçları oktyabrın 8-də, "Qəbələ" - "Qarabağ", "Sabah" - "Kəpəz" görüşləri isə oktyabrın 9-da keçiriləcək.

Misli Premyer Liqası
IX tur
7 oktyabr

"Zirə" – "Şamaxı" 1:0
Qol: D.çantakias, 72.
Hakimlər: Vüqar Həsənli, Namik Hüseynov, Kamran Bayramov, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 41. Anar Nəzirov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov.
Baş məşqçi: Vüqar Əsgərli.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest