Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.
 
Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
 
Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.
 
Dç-nin seçmə mərhələsi
6-cı qrup
7 oktyabr
 
Azərbaycan - Polşa 4:3
Qol: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest