Futbol üzrə Şimali Makedoniya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun dəqiq vaxtı bəlli olub. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 20-də Skopye şəhərindəki "Todor Proeski Milli Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda Moldova ilə də yoldaşlıq matçı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest