"çelsi"nin müdafiəçisi Uesli Fofana çempionlar Liqasının qrup mərhələsində "Milan"a qarşı keçirilən görüşdə zədələnib. Matc.az xəbər verir ki, futbolçu, aldığı zədə səbəbindən 6 həftə meydanlara çıxmaya bilər.
Dizindən zədələnən 21 yaşlı müdafiəçinin artıq müalicəsinə başlanılıb.
"Zadəganlar" Fofananı yayda 80 milyon avroya "Lester Siti"dən transfer edib.