"Nottingem Forest" baş məşqçi Stiven Kuperlə yeni müqavilə imzaladığını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
42 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilə kimi nəzərdə tutulub. Kuper ötən ilin sentyabrında "qırmızı-qaralar"ın "sükanı arxasına" keçib və o vaxtdan bəri 54 matçdan 29-da qalib gəlib. Onun rəhbərliyi altında komanda 1998-ci ildən bəri ilk dəfə çempionşipin pley-offun finalında "Haddersfild"i 1:0 hesabı ilə məğlub edərək, İngiltərə Premyer Liqasına qayıdıb.
 
"Nottingem Forest" 8 turdan sonra 4 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest