"Tottenhem", "Vest Hem" və İngiltərə millisinin keçmiş hücumçusu Cermeyn Defo 40 illik yubileyi şərəfinə 100 nəfərin saçını pulsuz kəsdirib. Matc.az xəbər verir ki, Defo bununla bağlı sosial media hesabında belə deyib:
 
"Salam, uşaqlar, bu, Cermeyndir. Mənim ad günümdür, böyük 4:0! Odur ki, saçlarını kəsdirmək istəyən bütün gənclər, pulqabılarınızı evdə qoyun, yanıma gəlin. İlk 100 saç düzümü mənim üzərimdədir!"
 
Defo xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 2018-ci ildə o, 2013-cü ildə təsis etdiyi "Jermain Defoe Fondu"nun xidmətlərinə görə OBE mükafatına layiq görülüb.
 
Defo 2022-ci ilin martında karyerasını bitirib. O, İngiltərə Premyer Liqasında 162 qol vurub. Defo "Vest Hem", "Tottenhem", "Portsmut", "Sanderlend", "Bornmut"da oynayıb, həmçinin, Şotlandiyada "Reyncers"də və MLS-də "Toronto"da çıxış edib. Keçmiş futbolçu İngiltərə millisinə də çağırılıb və 57 oyun keçirib, 20 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest