Futbol üzrə Niderland birinci divizionunda 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Den Haaq"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
 
"Eyndhoven" hazırda 19 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest