Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.

Sabah – oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki "Festhalle" sərgi mərkəzində Aç-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.

Püşkatma öncəsi UEFA Millətlər Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlumdur. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb. Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. 6-cı səbətdəki komandalar onlara rəqib olmayacaq. Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa Aç-2024-ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə Aç-nin seçmə mərhələsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Səbətlərin tərkibi aşağıdakı kimidir:

UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
 
Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest