"Qarabağ"a məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq". Matc.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
 
İspaniyalı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də "Olimpiakos"uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq".
 
"Olimpiakos" oktyabrın 9-da Yunanıstan Super Liqasının 7-ci turu çərçivəsində OFİ-nin qonağı olacaq. Pirey təmsilçisi bundan 4 gün sonra isə Bakıda "Qarabağ"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest