Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) oyunbaşına orta hesabla ən çox qol vəziyyəti yaradılan və ən çox qol vurulan futbol çempionatlarını açıqlayıb. Matc.az CİES-in rəsmi saytına istinadən xəbər verir ki, dünya üzrə 74 turnirin olduğu siyahıda Misli Premyer Liqası da yer alıb.
 
Azərbaycan çempionatı bu göstəriciyə görə 37-ci pillədə qərarlaşıb. Premyer Liqanın bu mövsümündə hər matçda ortalama 10,58 qol şansı qeydə alınıb. Hər qarşılaşmada ortalama 2,60 qol vurulub ki, bunların 0,22-si penaltilərin payına düşüb.
 
Siyahıya Almaniya Bundesliqası (12,96) başçılıq edir. Bundesliqanın geridə qalan turları ərzində hər görüşdə ortalama 3,04 qol qeydə alınıb, bunların 0,22-si penaltilərdən vurulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest