"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 10-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 10-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"çoxlu qol epizodları olan parlaq oyun izlədik. Yüksək tempi sonadək saxlaya bildik və fərqlənə bildik. Düşünürəm ki, penalti var idi. önəmli olan qələbə idi ki, bunu da qazandıq.
 
Komanda hələ tam formalaşmayıb. Bəlkə bu gün yaxşı oynadıq. Amma bu, rəqibdən də asılı idi. Açıq oynadılar. Arsenalımızda olanları daha da inkişaf etdirməliyik".
 
Musayev hazırda qərarlaşdıqları mövqeyə layiq olduqlarını söyləyib: "Amma bəzi oyunlarda son dəqiqələrdə qol vurub qalib gəlmişik. Bəzən bəxtin gətirməyə də bilər. Ona görə də hansısa oyunda qələbə qazanmamağımızı və bu səbəbdən "Qarabağ"dan geri qaldığımızı müzakirə etmək istəmirəm".
 
Yusif İmanova şans verib, digər qapıçıları ehtiyatda saxlamasına da toxunan rusiyalı mütəxəssisin sözlərinə görə, bir çox komandada vəziyyət eynidir: "Onlarda da 4 qolkiper var. Bu, önəmli mövqedir. Hər dəfə dəyişiklik etmək olmur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest