16 Oktyabr 2022, 12:00
MPL
Misli Premyer Liqasının X turunun "Turan Tovuz"la oyunu "Səbail" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Bakı klubu ölkə çempionatının yüksək dəstəsində 30-cu heç-heçəsini edib.
Misli Premyer Liqasının X turunun "Turan Tovuz"la oyunu "Səbail" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Bakı klubu ölkə çempionatının yüksək dəstəsində 30-cu heç-heçəsini edib.
Yubiley sülhü 2:2 hesabı ilə nəticələnib. Paytaxt klubu 142-ci görüşündə bu göstəriciyə çatıb. "Səbail" 14 dəfə evdə, 16 dəfə səfərdə bir xal qazanıb. Bakılılar ölkə çempionatları tarixində 30 və daha çox heç-heçə edən 21-ci komandadır.
Qeyd edək ki, "Səbail"in ilk sülhü 2017-ci il noyabrın 25-də "Sumqayıt"la səfər matçına təsadüf edib – 0:0.