16 Oktyabr 2022, 16:42
MPL
Misli Premyer Liqasının 10-cu turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" – "Neftçi" oyununda komandalar meydana Vətən müharibəsi şəhidlərinin övladları ilə çıxıblar. Matc.az xəbər verir ki, onlara hədiyyələr təqdim olunub.
Topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev və dağıntılar altında qalaraq ciddi xəsarətlər alan Bəxtiyar Heydərli endirib. Hər iki komandanın kapitanı onlara üzərində imzaları olan top hədiyyə edib.