17 Oktyabr 2022, 19:55
MPL
Premyer Liqanın 10-cu turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - "Neftçi" oyununa 1775 bilet satılıb.
Premyer Liqanın 10-cu turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" – "Neftçi" oyununa 1775 bilet satılıb. Matc.az xəbər verir ki, bu biletlərdən 1723-ü adi yerlər üçün nəzərdə tutulan 3 manatlıq, 52-si VİP tribuna üçün 10 manatlıq olub.
Bundan əlavə, ilk ev oyununda stadiona giriş üçün şəhid və qazi ailələrinin üzvlərinə, Gəncəyə raket atışı zamanı xəsarət alan şəxslərə, futbol veteranlarına, müxtəlif qurumlara və fanklub üzvlərinə pulsuz biletlər verilib.
"Kəpəz" oyundan öncə baş vermiş neqativ hallarla da bağlı açıqlama yayıb:
"Təəssüflə bildirmək istəyirik ki, stadiona girişdə bəzi neqativ hallar yaşanıb, vəziyyətdən sui-istifadə zamanı müəyyən şəxslər arenaya biletsiz daxil ola biliblər. Bilet satışı təşkil olunacaq növbəti ev oyunlarında bu cür halların baş verməməsi üçün tərəfimizdən daha ciddi nəzarət tədbirləri görüləcək. Hədəfimiz mövsüm boyu bütün matçlarda bilet satışını 100%-ə çatdırmaqdır".