Misli Premyer Liqasının XI turu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "Turan Tovuz"la ev matçı hücumçunun Ağdam klubunun heyətində çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.
 
Bu komandada 2017/18 mövsümündə debüt edən Ramil 15 oyun keçirib. "Qarabağ"a qayıtdıqdan sonra ötən çempionat daha 25 dəfə meydana çıxan forvard cari mövsüm komandasının 10 görüşündə forma geyinib. Şeydayev Ağdam klubunda Premyer Liqada keçirdiyi 50 matçda 18 qol vurub.
 
"Turan Tovuz" üzərindəki böyükhesablı qələbədə (3:0) bir topla pay sahibi olan hücumçu Ağdam klubunda ümumilikdə 25-ci dəfə fərqlənib. ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq "Qarabağ"dakı ümumi qol sayını 25-ə yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest