22 Oktyabr 2022, 18:39
MPL
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib.
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Ağır oyun oldu. çətin olacağını bilirdik. "Kəpəz" "Neftçi"yə qarşı da pis oynamadı. Komanda gözlədiyimdən aşağı səviyyədə çıxış etdi. Fasilədən sonra istədiyimizi edə bilmədik. Vacib xallar itirdik. çalışmaq, qarşıdakı oyunlara yüksək motivasiya ilə hazırlaşmaq lazımdı.
ümumi götürəndə bizim oyunumuzda yalnız qol çatmır. Daha rahat olmağımız üçün imkanları dəyərləndirmək lazımdır. Hücumçular qol vurmayanda özlərinə inamı itirirlər. Heyətlə bağlı sıxıntılarımız var. Rövlan Muradov məcburiyyətdən müdafiədə oynayır. üzərinə düşənin ən yaxşısını etməyə çalışır. Sonradan meydana daxil olanlar komandaya kömək etməyə çalışdılar. Hücumameyilli oyunçularımız daha aqressiv olmalıdır. Sonluğu gətirə bilmirik.
Emil Səfərovun yüngül zədəsi var. Tam gücü ilə oynaya bilmir. ülvi İsgəndərov, Felipe Santos, Rafael Utziq, Omar Hani kimi oyunçularımız da var ki, neçə turdur, qol vura bilmirlər".