Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, birinci dövnənin son turuna "Neftçi" İK – "Record" görüşü ilə start verilib.

Oyun gözlənildiyi kimi, gərginliyi ilə yadda qalıb. Fasiləyə qədər "Neftçi" rəqibini 4 dəfə cəzalandırmağı bacarıb. Rəqib isə bu qollardan ikisinin əvəzini çıxa bilib. Amma meydan sahibləri birinci hissədə əsas hücumçularından olan Namiq Məmmədkərimovu da itirib. Forvard ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli olub. İkinci hissə də maraqlı keçib. Artıq 30-cü dəqiqədə "Record" hesabı bərabərləşdirib. Amma təzyiqi artıran meydan sahibləri yenidən ardıcıl qollar vurmaqla qələbəni təmin ediblər. 

Birinci dövrənin ən böyükhesablı qələbəsi isə "Baku Fire"nin aktivinə yazılıb. Teymur Eyvazovun yetirmələri "Alyans"la matçda rəqib qapısından 24 cavabsız top keçirməklə bu göstəriciyə nail olublar.

Tura liderlə autsayderin dueli ilə yekun vurulub. Gözlənildiyi kimi, "Araz Naxçıvan" U-19 ilə oyunda sensasiyaya imkan verməyib.

Yüksək Liqa
5-ci tur
3 noyabr

Neftçi İK – Record 7:4
Qollar: ülvi Əliyev, 4:30. İlkin Hacıyev, 10:18. Asif Zeynalov, 11:23. Hasan Ali Jafari, 19:19. Kənan Manafov, 31:02. Nurlan Mehdizadə, 34:01; 35:58 - Matin Qahramani, 11:11; 30:40. Emin Kürdov, 13:06-öz qapısına. Mahyar Pourniazi, 29:33.
Hakimlər: Hikmət Qafarlı, Hacıəli Ağayev, Kənan Məlikov.
Hakim-inspektor: Murad Məmmədov.
Olimpik Star. Saat 14:00.

Baku Fire – Alyans (Lənkəran) 24:0
Qollar: Sorouş Heydari, 2:19; 22:57; 28:57; 34:44; 36:12. Oruc Baxşəlizadə, 3:25; 34:13; 35:04. Nihad İsmayılov, 4:57; 18:47; 22:04; 26:54; 27:40. Murad Quluzadə, 16:48. Tofiq Əliyev, 19:27; 38:08. Oruc Baxşəlizadə, 27:25. Nurlan Məmmədov, 32:50; 37:56. İmaməli Hüseynov, 33:25; 39:23. Elşən Əliyev, 33:55. Ağa Takliq Ali, 38:47; 39:02.
Hakimlər: Ziya Nəsirov, Nail Nağıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star. Saat 16:00.

U-19 – Araz-Naxçıvan 1:5
Qollar: Rüfət Məmmədli, 19:48 - Ramiz çovdarov, 3:56; 11:53. Felipinyo, 11:30. Viktor Ponse, 15:21. Xəzər Ağalızadə, 19:02.
Hakimlər: Əli Cəbrayılov, Vüsal Balaşov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star. Saat 18:00.

Xal: Araz Naxçıvan – 12, Baku Fire – 10, Neftçi İK – 10, Record – 6, Alyans – 3, U-19.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest