"çelsi"nin qapıçısı Kepa Arrisabalaqa "Arsenal"a qarşı İngiltərə Premyer Liqasının 15-ci turunun oyununda olmayacaq. Matc.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Qrem Potter Xorvatiya "Dinamo"suna (Zaqreb) 2:1 hesabı ilə qalib gəldikləri çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan sonra məlumat verib.
 
Baş məşqçi, 28 yaşlı qapıçının hələlik zədəsini tam sağaltmadığını və "Arsenal"la matça hazır olmayacağını bildirib.
 
Noyabrın 6-da keçiriləcək "çelsi" – "Arsenal" oyunu saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest