Futbol üzrə Braziliya çempionatında bu mövsümün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Palmeyros" mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
 
Sözügedən komanda A Seriyasının 35-ci turunun matçında "Fortaleza"ya 4:0 hesabıyla qalib gələrək qızıl medalları təmin edib.
 
35 turdan sonra "Palmeyras"ın 77 xalı var. Komanda ən yaxın izləyicisi "İnternasional"ı 13 xal qabaqlayır.
 
"Palmeyras" tarixində 11-ci (1960, 1967, 1967, 1969, 1972, 1973, 1993, 1994, 2016, 2018, 2022) dəfə Braziliya çempionu olub. Bu, rekord göstəricidir. Sözügedən klubun ən yaxın izləyiciləri 8 çempionluğu olan "Santos" və "Flamenqo" klublarıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest