Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Qarabağ" futbol komandasının oyununu alqışlayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Qarabağ" futbol komandasının oyununu alqışlayıb. Matc.az xəbər verir ki, Şahmar Mövsümov bu barədə "Twitter" səhifəsində yazıb:
 
"Halal olsun "Qarabağ" Futbol Klubu! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!"
 
Xatırladaq ki, "Qarabağ ötən gecə Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son turda Almaniyanın "Frayburq" komandasını qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ağdam klubu mübarizəyə Avropa Konfrans Liqasında davam edəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest