"Qarabağ" UEFA-nın klub reytinqindəki mövqeyi müəyyənləşib. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu avrokubokların qrup mərhələsinin sonuncu - 6-cı turunun matçlarından sonra açıqlanan siyahıda 66-cı sırada yer alıb.
 
Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Yunanıstan PAOK-u və Rusiya "Krasnodar"ı ilə 66-68-ci yerləri bölüşür.
 
Siyahıda Azərbaycanın daha 6 klubu yer alıb. "Neftçi" 9.000 xalla 152-ci pilləyə şərikdirsə, "Qəbələ" 4.000 xalla 297-ci sıranı bölüşdürür. "Şamaxı" 3.500 xalla 322-ci pilləyə şəriklərdən biridir. 
 
331-ci olan "Zirə", "Sumqayıt" və "Səbail"in hesabında isə 3.225 xal var.
 
Cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir. Almaniyanın "Bayern" klubu ikinci (130.000), İngiltərə "Liverpul"u (123.000) üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest