AFFA, PFL və Misli Premyer Liqasında mübarizə aparan klubların əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan "Zəfər" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda "Turan Tovuz" üzərində 5:2 hesablı qələbə qazanan "Neftçi" finala vəsiqə qazanıb.
 
Yarımfinalın digər qarşılaşmasında "Səbail" PFL-i 2:1 hesabı ilə məğlub edib.
 
Həlledici qarşılaşmada "Neftçi" üzərində 3:1 hesablı qələbə qazanan "Səbail" üçüncü dəfə təşkil olunmuş "Zəfər" turnirinin qalibi olub. PFL isə "Turan Tovuz"u 8:4 hesabı ilə məğlub edərək 3-cü olub. 
 
Qalib komandaya kuboku AFFA-nın baş katibi Sərxan Hacıyev və Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov birlikdə təqdim edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest