Neapol polisi "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın oğurlanmış avtomobilini geri qaytarıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçunun avtomobili onun evinin yaxınlığındakı dayanacaqdan yoxa çıxıb. Bir gün sonra polis avtomobili Neapol ətrafında tapıb.
 
Xviça 2022-ci ilin iyulunda "Napoli"yə keçib. O, Neapol komandasının heyətində keçirdiyi 17 matçda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest