09 Noyabr 2022, 15:53
DÇ-2026
Fransa millisinin və "Real"ın hücumçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk tur oyununu buraxacaq. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, zədədən sonra bərpa prosesi keçən 35 yaşlı hücumçu Dç-2022-nin startınadək hazır olmayacaq.
Benzema "Real"ın bu il La Liqada keçirəcəyi son 3 matçında da iştirak edə bilməyəcək.
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Fransa millisi D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. Bu qrupda Danimarka və Tunis yığmaları da yer alıb.