12 Noyabr 2022, 11:05
DÇ-2026
Futbol üzrə Qətər milli komandasının bu il keçiriləcək dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, baş məşqçi Feliks Sançesin müəyyənləşdirdiyi 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.
Maraqlıdır ki, 26 futbolçunun hamısı Qətər çempionatında çıxış edir. Onların yarısı eyni klubun - "Əl-Sədd"in formasını geyinir.
Dç-2022-yə ev sahibliyi edəcək ölkə Ekvador, Seneqal və Niderland yığmaları ilə bir qrupda mübarizə aparacaq. Dünya çempionatının açılış matçı noyabrın 20-də keçiriləcək. Həmin oyunda Qətər yığması Ekvador millisi ilə qarşılaşacaq.