Belçika yığması noyabrın 20-də Qətərdə başlayacaq DÇ-2022-də Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

Belçika kralı Filipp Qətərdə keçiriləcək dünya çempionatından öncə bu ölkənin futbol üzrə yığma komandası ilə görüşüb və futbolçulara maraqlı üsulla dəstək olub. Matc.az xəbər verir ki, bununla bağlı Belçika Futbol Federasiyası videoçarx da təqdim edib.
 
Videoda Belçika yığmasının baş məşqçisi Roberto Martinesin kral sarayına baş çəkdiyi və ölkənin monarxı Filipplə görüşdüyü görünür. Kral təcrübəli mütəxəssislə görüşdə "İblislərin vaxtı" olduğunu deyir. Məsələ burasındadır ki, "qırmızı iblislər" Belçika millisinin ləqəbidir.
 
Bundan sonra kral Filip komandanın məşq prosesində iştirak edir, yarımmüdafiəçi Kevin De Bruyneyə göstəriş verir və üzərində "Belçika 2022" yazılmış tatuajını nümayiş etdirir.
 
Belçika yığması noyabrın 20-də Qətərdə başlayacaq Dç-2022-də Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest