"Bu qədər uzun müddət millidəsən, əvvəlki dünya çempionatlarında uğur qazana bilməmisən, DÇ-2014-də qələbəyə çox yaxın olduğun halda, uğuru əldən vermisən…"

Argentina millisinin futbolçusu Lionel Messi Dç-2022-də qələbəyə gedən yoldan danışıb. Matc.az Fransa mediasına istinadən xəbər verir ki,  PSJ klubunun forvardı dünya çempionatını qazanmağı həqiqətən çox istədiyini bildirib:

"Dünya kubokunu qazanmağı nə qədər istəyirdim? çox! Bu qədər uzun müddət millidəsən, əvvəlki dünya çempionatlarında uğur qazana bilməmisən, Dç-2014-də qələbəyə çox yaxın olduğun halda, uğuru əldən vermisən… Bütün bunlardan sonra dünya çempionu olmaq çox önəmli idi. Dünya çempionatındakı qələbənin arxasında çoxlu qurbanlar, çoxlu məğlubiyyətlər, keçməli olduğum bir çox çətin günlər var. Bu, fantastik hekayədir".

Messi Dç-nin finalından sonra PSJ-dəki komanda yoldaşı, fransalı hücumçu Kilian Mbappe ilə münasibətindən də söz açıb:

"Biz Mbappe ilə oyun, tətillər, tətildə olduğum vaxtlarda Argentinada insanların necə yaşadığı və hansı bayramları keçirdiyimiz barədə danışdıq. Və başqa heç nə. Uduzan biri ilə final haqda danışmaq çətindir? Buna diqqət yetirmək, final mövzusunu qaldırmaq belə istəmirəm. Mən özüm də dünya çempionatının finalında uduzmuşam və həmin matç haqqında heç nə bilmək istəmirəm. Mən də dünya çempionatı ilə bağlı heç nəyi müzakirə etmək istəmirdim. Amma Kilianla heç bir problemim yoxdur".

Xatırladaq ki, Dç-2022-nin finalında Argentina millisi Fransa millisini məğlub edib - 3:3, penaltilər 4:2. Həmin görüşdə Messi dubla, Mbappe isə het-trikə imza atıb.

TURAN

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest