Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" klubu Türkiyəyə dəstək nümayiş etdirib. Matc.az xəbər verir ki, sözügedən klubun ev oyunlarını keçirdiyi "Gelamco Arena" Türkiyə bayrağı ilə işıqlandırılıb.
 
Xatırladaq ki, Türkiyədə silsilə zəlzələlər qeydə alınıb. Nəticədə ölkənin əksər şəhərlərində böyük dağıntılar meydana gəlib. Ən son məlumata görə, zəlzələ nəticəsində 3419 nəfər dünyasını dəyişib, 20534 nəfər xəsarət alıb.
 
"Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra məhz "Gelamco Arena"da keçirəcək.
 
TURAN
 
 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest