İtaliyanın "İnter" komandasının baş məşqçisi Simone İnzaqi UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Portu"ya qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Fiziki cəhətdən güclü komandaya qarşı əla oyun keçirdik. Birinci hissədə önə keçə bilərdik. Yaxşı fürsətləri əldən verdik. İkinci hissədə rəqib çox təhlükəli əks-hücumlar etdi. Əvəzetmələr bizə çox kömək oldu. İlk hissədə topla daha sürətli oynamalı olduq. Hücumları daha keyfiyyətli və sürətli qurmaq lazım idi. Tempi artırmaq olardı".
 
Xatırladaq ki, bu komandalar arasındakı cavab qarşılaşması martın 14-də Portuqaliyada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest