"Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır"

"Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq". Matc.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
 
Qarşılaşmada 2-ci qolun müəllifi olan 28 yaşlı hücumçu üstün oyun nümayiş etdirdiklərini bildirib: "Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır. Amma şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik".
 
Millinin kapitanı Marsel Zabitser isə bildirib ki, görüşün əvvəli istədikləri kimi alınmasa da, sonradan öz oyunlarını tapa biliblər: "Seçmə mərhələyə 4:1 hesablı qələbə ilə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz. Rahat qələbə qazandığımız üçün çox şadam. Amma rəqibin də güclü tərəfləri var. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim".
 
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest