29 Mart 2023, 10:05
FUTBOL
Kurasao ilə keçirilən yoldaşlıq görüşü Argentina yığmasının kapitanı Lionel Messi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komandasının 7:0 hesabı ilə qalib gəldiyi görüşdə het-trik edən Leo millidə 100 qolu keçib.
O, bunu bacaran 3-cü oyunçu olub. Hazırda yığmada aktivində 102 top olan Messini yalnız Əli Deai (İran – 109 qol) və Kriştiano Ronaldo (Portuqaliya – 122) qabaqlayır.
Qeyd edək ki, Argentina millisi ötən il Qətərdə keçirilən dünya çempionatını qazanıb.