03 Aprel 2023, 10:26
FUTBOL
Misli Premyer Liqasında "Qarabağ"dan sonra daha bir mükafatçı müəyyənləşib. Matc.az xəbər verir ki, 28-ci turda "Sabah"ın mövsümü ilk "üçlük"də bitirəcəyi dəqiqləşib.
"Qəbələ" üzərində 3:2 hesablı qələbə qazanan Murad Musayevin yetirmələri tarixində ilk medalı təmin edib. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komanda olub. 1992-ci ildən təşkil olunan yarışda indiyə qədər 18 komanda mükafata layiq görülmüşdü.
"Neftçi" bu sayda hamını qabaqlayır. "Ağ-qaralar" 20 dəfə medal qazanıb. "Qarabağ" isə bu mövsüm 17-ci medalı qazanacağını dəqiqləşdirib. "Şamaxı" 9, "Kəpəz" 6, "Bakı", "Şəmkir", "Qəbələ" 5, "Xəzər Lənkəran", "Turan" 4, Sumqayıt "Xəzər"i, "Xəzri", "Karvan", "Zirə" 2, "Şüvəlan", "Simurq", "Viləş", "Səbail" və "Sumqayıt" isə 1 dəfə mükafatçılar sırasında olub.