Misli Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə keçirilən oyun "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir üçün əlamətdar olub. Matc.az xəbər verir ki, fransalı futbolçu Ağdam klubunda 200-cü oyununu keçirib.

Komandasının 1:0 hesablı qələbə qazandığı qarşılaşmada 32 yaşlı fransalı 90 dəqiqə meydanda olub. Zubirin Ağdam klubunda 42 qolla yadda qalıb. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) matç keçirib.

Qeyd edək ki, Abdulah Zubir 2018-19 mövsümündən "Qarabağ"ın formasını geyinir. O, 2018-ci il iyulun 11-də "Olimpiya" ilə çempionlar Liqasının Sloveniyadakı baş tutan qarşılaşmasında (1:0) debüt edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest