"Həyatın davam etdiyi hissini yaratmaq üçün futbol oynamalıyıq. Bu vacibdir, çünki insanlar bizə baxır və bunun davam etdiyini başa düşürlər"

"Deyə bilmərəm ki, bu, ən maraqlı çempionatdır, çünki biz tamaşaçısız, müxtəlif şəhərlərdə oynayırıq, uzun məsafələrə gedirik, qatarlarda 10-13 saat vaxt keçiririk. Azarkeşlərsiz oynamaq asan deyil, çünki komanda onlara meydanda əlindən gələni verə, futboldan emosiyalar və həzz ala bilməz". Matc.az xəbər verir ki, bunu  Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku deyib. 
 
Klubdakı durumdan və Ukrayna futbolundan danışan rumıniyalı çalışdırıcı bildirib ki, indi baş verənlər inanılmazdır: "Həyatımda belə şəraitdə oynamaq məcburiyyətində qalacağımı ağlıma belə gətirməzdim. Daha doğrusu, ən çətin çempionatdır. Amma mən burada olmalıyam və belə çətin vəziyyətdə komandadan ayrılmayacağam.
 
Həyatın davam etdiyi hissini yaratmaq üçün futbol oynamalıyıq. Bu vacibdir, çünki insanlar bizə baxır və bunun davam etdiyini başa düşürlər. Əlbəttə, belə bir vəziyyətdə Qərb komandaları səviyyəsində oynamaq çətindir, lakin Ukrayna futbolunun imicini yüksək səviyyədə saxlamaqda davam etmək son dərəcə vacibdir".
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest