"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının ən məhsuldar futbolçuları sıralamasında daha bir pillə irəliləyib. Matc.az saytı xəbər verir ki, ulduz futbolçu buna XXIX turda "Everton"la görüşdə fərqlənməklə nail olub.
 
1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltidən rəqibi cəzalandıran Keyn London klubunun heyətində qol+assistdə 250-yə çatıb. O, 311 liqa matçında 205 qol vurub, 45 məhsuldar ötürmə verib.
 
Keyn bu göstəriciyə çatan 6-cı oyunçu olub. O, hazırda Endi Koul (260), Rayan Giqqz (271), Frenk Lempard (279), Ueyn Runi (311) və Alan Şirerdən (324) geri qalır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest